İKT

Azexport-a sifarişlər - 10%-dən Çox Artıb

Azexport-a sifarişlər - 10%-dən Çox Artıb | FED.az
16:12 30 İyul 2020

Bu ilin yanvar-iyun aylarında Azexport portalına 319,5 milyon ABŞ dolları dəyərində sifariş daxil olub.

FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında qeyd edilib.

Məlumata görə, cari ilin iyun ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 45,6  milyon ABŞ dolları təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 10,4% artıb. 2017-ci ilin yanvar ayından 2020-ci ilin 30 iyun tarixinə kimi (42 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 904,3 milyon ABŞ dolları təşkil edib. 

Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, bu ilin iyul ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 17 milyon ABŞ dolları olub. 2020-ci ilin yanvar-iyun ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 81 mln ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

Qeyd edək ki, “İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir. (Report)

Digər xəbərlər