İKT

"Bakcell" tezliklə "099" operator kodunu - İSTİFADƏYƏ VERƏCƏK

"Bakcell" tezliklə "099" operator kodunu - İSTİFADƏYƏ VERƏCƏK | FED.az
12:56 14 Noy 2019

Tezliklə Azərbaycanın mobil rabitə operatoru "Bakcell" 099 operator kodunu istifadəyə verəcək. 

FED.az xəbər verir ki, bunu jurnalistlərə "Bakcell"in baş icraçı direktoru Rayner Ratgeber deyib: "Amma konkret vaxt bildirə bilmərəm".

Eləcə də bax: "Bakcell" şirkətinə 099 prefiksi - AYRILIB"

Xatırladaq ki, “Bakcell” artıq iki operator koduna (055 və 099) malikdir.

R. Ratgeber Azərbaycanda göstərilən internet xidmətinin keyfiyyətindən danışarkən bildirdi ki: "Mən almanam. Burdakı internetin keyfiyyəti və tariflərinə baxdıqda Almaniya üçün ağlamağım gəlir. Burda internet sürətlidir. Qiyməti də ucuzdur. Mən Almaniyada istifadə etdiyim nömrəmdə 2GB internetə görə 10 avro verirəm. Oğlum isə Kanadada bu xidmətə görə 30 dollar ödəyir. Amma keyfiyyət də o qədər yüksək deyil".

Report

Digər xəbərlər