İKT

Bölgələrdə daha 1000 ailə "Azercell"dən Ramazan sovqatı aldı!

Bölgələrdə daha 1000 ailə "Azercell"dən Ramazan sovqatı aldı! | FED.az
16:49 8 May 2020

Şirkət aztəminatlı və digər həssas kateqoriyalardan olan ailələri karantin günlərində sevindirməkdə davam edir.

Eləcə də bax: “Azercell”dən minlərlə aztəminatlı ailəyə - RAMAZAN AYINDA DƏSTƏK

FED.az xəbər verir ki, “Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin dövründə xüsusi diqqət və qayğıya ehtiyacı olan insanları, aztəminatlı ailələri sevindirməkdə davam edir. Şirkətin korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçirilən xeyirxah təşəbbüs nəticəsində müqəddəs Ramazan ayının ikinci həftəsi Xızı, Göyçay, Göygöl, Goranboy, Naftalan,  Daşkəsəndə yaşayan həssas kateqoriyalardan olan 1000 ailəyə ərzaq məhsullarından ibarət sovqat paylanılıb.

Ərzaq payı alan ailələrin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilib. Payları ölkə boyu müxtəlif ünvanlara Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC çatdırır.

Xatırladaq ki, Azercell şirkəti ötən həftə Cəlilabad, Hacıqabul, Füzuli, Gədəbəydə sosial təcrid şəraitində yaşayan 1000 ailəyə ərzaq yardımı çatdırıb. Ümumilikdə Ramazan ayı ərzində 4000-dən çox aztəminatlı ailəyə ərzaq dəstəyinin göstərilməsi nəzərdə tutulub.

Azercell şirkətinin təşkil etdiyi yardım aksiyalarının əsas məqsədi COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə həssas təbəqədən olan insanların sosial rifahını yaxşılaşdırmaq, dövlət tərəfindən məlum infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində keçirilən tədbirlərə dəstək vermək, həmçinin cəmiyyətdə vüsət alan sosial yardımlaşma təşəbbüslərinin genişlənməsinə nail olmaqdır.


Digər xəbərlər

Banner