İKT

Bu il dünyada smartfon satışları - 15-17% AZALACAQ

Bu il dünyada smartfon satışları - 15-17% AZALACAQ | FED.az
10:06 24 İyun 2020

"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin yenilənmiş proqnozuna əsasən, 2020-ci ildə qlobal bazarda smartfon satışları 15-17% azalacaq.

Eləcə də bax: Smartfon satışı kəskin azalıb - RƏQƏMLƏR

FED.az xəbər verir ki, hazırda COVID-19 pandemiyası səbəbindən artan işsizlikdən və aşağı gəlirlilikdən təsirlənən istehlakçılar xərcləri azalıb və bu da qlobal smartfon satışlarının bərpasının daha uzun çəkəcəyi ilə nəticələnə bilər. Qeyd edək ki, təkcə bu ilin I rübündə satışlar illik müqayisədə 12% azalıb.

"Fitch"in gözləntilərinə görə, "Samsung Electronics Co."nun bazarda payı 20-21% təşkil edəcək və şirkət öz liderliyini qoruyub saxlayacaq. Onu təqib edən "Huawei" şirkətinin isə bu il bazarda payı 17-18% bərabər olacağı təxmin olunur, lakin Çin istehsalçısı ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə Çindən xaricdə bazar payını genişləndirməsində çətinlik çəkə bilər.

Agentlik qeyd edir ki, 2020-ci ilin II rübündə smartfon bazarında bərpa prosesinin başlayacağına baxmayaraq, illik müqayisədə satışlar yenə də az olacaq. (Apa)

Digər xəbərlər

Banner