İKT

"Facebook" və "Twitter"ə rəqib - SOSİAL ŞƏBƏKƏ YARADILIB

"Facebook" və "Twitter"ə rəqib - SOSİAL ŞƏBƏKƏ YARADILIB | FED.az
09:02 15 Noy 2019

"Vikipediya"nın həmtəsisçisi Cimmi Ueyls "Facebook" və "Twitter"ə rəqib yeni sosial şəbəkə yaradıb.

FED.az xəbər verir ki, bu barədə "Financial Times"a istinadən xəbər verilir.

Eləcə də bax: Facebook dolları və Avropanı çökdürə bilər – YENİ VALYUTA

Ueylsin açıqlamasına görə, "WT: Social" reklamlardan azad olacaq. Layihə "Vikipediya"nın biznes-modelini təkrarlayaraq istifadəçilərin kiçik qrupunun ianələri hesabına işləyir.

Yeni sosial şəbəkə istifadəçilərə məqalələrin istinadlarını mübadilə və xəbər xəttində onları müzakirə etmək imkanı verir.

Hazırda yeni sosial şəbəkədən 50 min insan istifadə edir. Ancaq Ueyls bildirib ki, onun hədəfi istifadəçilərin sayını 500 milyona çatdırmaqdır. 

Report

Digər xəbərlər