İKT

“Google Map” radarları göstərəcək

“Google Map” radarları göstərəcək | FED.az
12:31 23 Yan 2019

Sükan arxasında hər bir şəxsin ehtiyat  etdiyi məqamlardan biri də yüksək sürət həddinə çatmaqdır. FED.az xəbər verir ki, bu zaman ilk olaraq özü üçün yaratdığı təhlükə,  öz avtomobili ilə yanaşı, digər avtomobillər, onların sürücüləri, piyadalara ziyan verir. Göründüyü kimi,  sürət həddini aşmaq bir çox  faciələrə səbəb ola bilər. Təbii ki, heç kəs heç nədən sığortalanmayıb. Ona görə də avtomobil idarə edirsinizsə, ikiqat daha diqqətli olmalısınız.

Hər bir yolun özünəxas müəyyənləşdirilən sürət limiti var. Bu,  xüsusi göstəricilərlə sürücülərə bildirilir. Bəzən səhlənkarlıq, məsuliyyətsizlik və ya tələskənlikdən sürücülər   sürət həddini gözləmirlər. Təbii ki, bunun nəticəsində radara və yaxud kameraya düşürsə sürücü cərimələnir.

Bəzən sürücülər radardan xəbərsiz olduqlarını  da “səbəb” kimi bildirirlər. Çünki aşkar olduğu kimi, gizli radarlar da olur. Bunun üçün xüsusən də  təcrübəsiz, yeni başlayan sürücülər ehtiyat məqsədilə radarları əvvəlcədən bildirən xüsusi proqramlardan istifadə edirlər. Bu proqramlar da müəyyən qiymət əsasında quraşdırılır. İstifadə baxımından tez-tez donması, səhv deməsi baxımından  belə proqram istifadəçiləri bəzən narazılıq edirlər.

Eləcə də bax: Mobil telefon gətirənlərə qarşı “müharibə” - QİYMƏTLƏRİ BAHALAŞDIRIB

Yaxın zamanlarda bu problemin öz həllini tapacağı  gözlənilir. Müasir smartfon istifadəçilərinin hər birinin telefonunda pulsuz olaraq mövcud olan “Google Map”, yəni “Google Xəritə” yeni funksiya ilə istifadəçilərini sevindirəcək. Əlavə edilən yeniliyə əsasən, yola çıxdığınız zaman, sadəcə, “Google Map”də haradan-haraya getdiyinizi qeyd edin. Proqramı aktivləşdirməyiniz yetərlidir. Yolboyu mövcud olan aşkar, gizlin radarları sizə bildirəcək. Radara  müəyyən məsafə qalanda “Google Map” ekranda “Speed Camera” xəbərdarlığını verəcək. Bu isə sizə imkan verəcək ki,  həm aşkar, həm də gizlin sürət kamerasının, radarın  mövcudluğundan məlumatlanasınız. Sürət həddini  azaldıb, artırmaq isə sizin ixtiyarınıza qalacaqdır. Hər halda qaydalar onlara əməl etmək üçün mövcuddur. Ona görə də  qaydalara riayət edək. Bu yenilənmə bir çox sürücülərin, xüsusən də yeni başlayanların ürəyincə olacaq.

“Google” və “Waze”   şirkətlərinin birlikdə  öhdəlik götürüb  idarə etdikləri “Google Map” yeni funksiyasını test etməyə başlayıb. Dəqiq zaman bildirilməsə də, sınaq müddəti başa çatdıqdan  sonra istifadəçilərin ixtiyarına veriləcək. Bu dəyişiklik “Google Map” üçün  önəmli  avantaj, populyarlıq yaradacaq.

© İki Sahil

Digər xəbərlər