İKT

İcazə SMS-lərinin 32 faizi təsdiq cavabı almayıb – SƏBƏB

İcazə SMS-lərinin 32 faizi təsdiq cavabı almayıb – SƏBƏB | FED.az
08:44 17 Aprel 2020

"Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 11 milyon 316 min SMS göndərilib".

Eləcə də bax: Qohum dəfninə icazə alaraq başqa məqsəd üçün - EVDƏN ÇIXANLAR VAR

FED.az xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib. 

E.Niftəliyevin sözlərinə görə, bu SMS-lərdən təqribən 3 milyon 668 mini, yəni 32 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb.

Qurum rəsmisi həmçinin vurğulayıb ki, SMS-lərin 97 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb.

elnur-nifteliyev

TED

Digər xəbərlər

Banner