İKT

Mark Zukerberqin sərvəti - 100 MLRD. DOLLARI KEÇDİ

Mark Zukerberqin sərvəti - 100 MLRD. DOLLARI KEÇDİ | FED.az
12:51 7 Avq 2020

“Facebook” sosial şəbəkəsinin qurucusu, sahibkar Mark Zukerberqin bugün xalis sərvəti ilk dəfə olaraq 100 mlrd. ABŞ dollarını keçdi.

FED.az xəbər verir ki,  Zukerberq bunun sayəsində "Bloomberg Billionaires Index" renkinqində Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun baş meneceri Bernar Arnonu geridə qoyaraq üçüncü yerə yüksəldi.

Qeyd edək ki, təkcə bu il “Facebook”un qurucusu öz xalis sərvətini 22 mlrd. dollar artırıb. Sahibkarın sərvətinin böyük hissəsi onun “Facebook”dakı 13%-lik payından əldə edilir.

Xatırladaq ki, hazırda “Bloomberg Billionaires Index” renkinqinə ABŞ-ın "Amazon" korporasiyasının rəhbəri Ceff Bezos liderlik edir. Bezosun xalis sərvəti təkcə bu il 75,3 mlrd. dollar artaraq hazırda 190 mlrd. dollar təşkil edir. İkinci yerdə isə “Microsoft” şirkətinin yaradıcısı Bill Geyts qərarlaşıb. (120 mlrd. dollar). Dördüncə yerə enən Bernar Arnonun sərvəti isə 81,4 mlrd. dollara bərabərdir.

Digər xəbərlər