İKT

Nazir Rəşad Nəbiyev yeni şöbə müdiri - Təyin Etdi

Nazir Rəşad Nəbiyev yeni şöbə müdiri - Təyin Etdi | FED.az
10:42 5 May 2021

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni təyinat olub.

Eləcə də bax: "Aztelekom"un rəhbərliyinə - Müvəqqəti Təyinat - FOTO

FED.az xəbər verir ki, Şahin Babayev Nazirliyin Maliyyə və hesabatlıq şöbəsinin müdiri təyin edilib.

Bu təyinata qədər Ş.Babayev “Azərkosmos” ASC-nin Maliyyə departamentinin mühasibat və hesabatlılıq qrupunun rəhbəri olub.

Qeyd edək ki, fevral ayının əvvəlində nazir Rəşad Nəbiyevin əmri ilə Nazirliyin Maliyyə və hesabatlıq şöbəsinin keçmiş müdiri Gülru Hüseynova tutduğu vəzifədən azad edilmişdi. (Report)

Banner
Banner

Digər xəbərlər