İKT

"Azercell"dən abunəçilərinə - Xəbərdarlıq

"Azercell"dən abunəçilərinə - Xəbərdarlıq | FED.az
10:25 22 İyul 2021

"Azercell Telekom” MMC abunəçilərini  “Whatsapp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırır.

"Azercell Telekom”danFED.az-a verilən məlumatda bildirilir ki, müvafiq məzmunun Azercell-ə heç bir aidiyyatı yoxdur. Yarana biləcək  əlavə xərclərin qarşısını almaq üçün “Azercell Telekom” öz abunəçilərinə şübhəli zənglərə və SMS-lərə reaksiya verməməyi, eləcə də belə internet saytlardan istifadə etməməyi, həmçinin  istifadə edilən cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, telefonların nəzarətsiz qalamamasını, xidmətlərdən istifadə ilə əlaqədar əldə edilən şifrəni 3-cü şəxslərə bildirməməyi, şübhəli məzmunlu  müxtəlif oyun, yarışma və sairlərdən yararlanmamağı tövsiyə edir.

Banner
Banner

Digər xəbərlər

Banner