Azərbaycanda ilk vençur fondu olan "Boğaziçi Ventures" tərəfindən startapların maliyyələşdirilməsinə başlanılır.
Eləcə də bax: Türkiyənin vençur fondu Azərbaycanda - Nümayəndəlik Açıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən FED.az-a verilən məlumata görə, Fondun daxili siyasəti çərçivəsində dəyərləndirməni keçən startaplar investisiya üçün ayrılan 5 mln ABŞ dolları məbləğində vəsaitdən investisiya qazanmaq imkanı əldə edəcək.
İnvestisiya almaq üçün müraciət proseduru 3 mərhələyə bölünür.
Müraciətlər 20 dekabr 2020-ci il tarixinədək qəbul olunur.
İkinci mərhələdə müraciətlər İnnovasiyalar Agentliyinin əməkdaşları tərəfindən dəyərləndiriləcək. Seçim mərhələsindən keçən startaplar müsahibəyə, ilkin qiymətləndirməyə dəvət olunacaq.
Sonda seçim mərhələsini müvəffəqiyyətlə keçən startapların nəticələri yekun dəyərləndirmə üçün “Boğaziçi Ventures” fondunun Türkiyədə yerləşən mərkəzi ofisinə
göndəriləcək. Mərkəzi ofisdə investisiya əldə edəcək startaplar və onlara ayrılan investisiyanın həcmi müəyyən olunacaq.
Qeyd edək ki, investisiya qazanan startapların xidmət və məhsullarının ən qısa zamanda xarici bazara ixrac olunması planlaşdırılır.
İnnovasiyalar Agentliyinin "Boğaziçi Ventures" vençur fondu ilə birgə əməkdaşlığı nəticəsində 2021-ci ilin sonuna kimi startapların sürətli inkişafı və xarici bazarlara çıxışının təmin edilməsi, həmçinin ölkəmizin texnologiya ixracının artırılması planlaşdırılır. Eyni zamanda İnnovasiyalar Agentliyi innovasiya ekosisteminin inkişafını sürətləndirmək üçün müxtəlif inkişaf mərhələsində olan startapları maliyyələşdirən vençur fondlarının Azərbaycana cəlb olunması istiqamətində fəaliyyətini davam etdirir.
Kateqoriyalar üzrə meyarlara dair məlumatları qeyd olunan linkdən əldə etmək olar: http://innovationagency.az/?mdocs-file=6269.