İKT

Son 5 ildə patent almış maraqlı texnologiyalar

Son 5 ildə patent almış maraqlı texnologiyalar | FED.az
16:04 13 Aprel 2018

Müasir texnologiyalar hər gün sürətlə inkişaf edir.

FED.az xarici mediaya istinadən son 5 ildə patent almaq üçün müraciət edən icadları təqdim edir:

Boeing-in yanğın söndürmə bombası

 Bu bomba standart formada dizayn edilib. Avadanlıq yanğının qarşısını almaq üçün maddələr buraxır.

Apple-ın ekran qoruması

Bu texnologiya həyata keçirilərsə, telefonunuz  və yaxud planşetiniz yerə düşəndə telefon ekranı bunu anlayacaq. Texnologiya örtük yardımı ilə telefonun zədələnməsinin qarşısını alacaq.

Amazon-un karqo daşımaları üçün nəzərdə tutulan dronu

İlk addımları bu yaxınlarda atılan texnologiya sayəsində sifarişlər müştərilərə daha tez çatdırılacaq.

Valmart-ın robot arıları

Texnologiya sayəsində bügün sayı azalmaqda olan arıları robot arılar əvəz edəcək.

IBM-in ağıllı geyim texnologiyası

Texnologiya geyim sahibinin ürək döyüntüsü ilə səhhətini də yoxlayacaq.


Xeberler.az

Digər xəbərlər