İKT

"Telegram" videozəng funksiyasını - Təqdim Edib

"Telegram" videozəng funksiyasını - Təqdim Edib | FED.az
09:21 15 Avq 2020

“Telegram” messenceri “Android” platforması üçün videozəng funksiyasını rəsmi olaraq təqdim edib.

Eləcə də bax: Şəffaf “Xiaomi” televizoru təqdim edilib - VİDEO

FED.az xəbər verir ki, bu barədə “Telegram”ın mətbuat konfransında bildirilib.

“2020-ci il dünyaya videozəng üçün etibarlı vasitələrə ehtiyac olduğunu göstərdi. Bu gün “Android” platforması üşün tətbiqdə (iOS-da da videozənglər yaxın zamanda mövcud olacaq) videozənglərin alfa-versiyasını təqdim edirik”, - məlumatda belə deyilir.

Videozəng istifadəçi profilindəki kamera işarəsi işə düşür. Messencerin funksionallığı danışıq zamanı səsli zəng və videozəng arasında keçid etməyə, həmçinin zəngi bitirmədən yazışmağa imkan verir. (Apa)

Digər xəbərlər