İKT

“Teleqram”da - Yeni Funksiya

“Teleqram”da - Yeni Funksiya | FED.az
10:10 31 İyul 2021

“Teleqram”da yeni imkanlar yaradılıb.

FED.az xəbər verir ki, indi 30-a qədər iştirakçı videokonfrans rejimində eyni vaxtda video translyasiya edə bilər. Bundan başqa, videokonfranslar 1 000-ə qədər izləyicini əhatə etməyə başlayıb - bunun sayəsində “teleqram” vasitəsilə mühazirələrin, konsertlərin və başqa kütləvi tədbirlərin yayımına baxmaq olar.

Eləcə də bax: “Apple” bütün cihazlarında üztanıma texnologiyası - Tətbiq Edəcək

"Videomesajlar telefonunuzda lazımsız videoları saxlamadan ətrafınızda baş verənləri qısa zamanda dostlarınızla paylaşmağa imkan verir. Bu gündən etibarən təsvirin keyfiyyəti artırılıb - əgər alınan videomesajı tıklasanız, çat söhbəti tamamilə genişlənəcək", - məlumatda deyilir.

Bundan əlavə, kompüter üçün “teleqram” tətbiqində şəkil redaktoru yaradılıb: hər hansı şəkli və ya ekran görüntüsünü göndərməzdən əvvəl kəsə, çevirə, rəsm və ya stiker əlavə etmək olar. (Report)

Banner
Banner

Digər xəbərlər

Banner