İKT

"TikTok"dan ən çox pul qazananlar - AÇIQLANDI

"TikTok"dan ən çox pul qazananlar - AÇIQLANDI | FED.az
08:53 13 Avq 2020

Amerikanın Forbes jurnalı TikTok sosial şəbəkəsindən ən çox qazanan şəxslərin siyahısını hazırlayıb.

Eləcə də bax: “TikTok” dünyada ən çox yüklənən tətbiq oldu - RƏQƏMLƏR AÇIQLANDI

FED.az xəbər verir ki, siyahıda 1-ci yeri ABŞ-ın Luiziana ştatından olan 19 yaşlı rəqqasə Edison Rey İsterlinq tutub. 

O, 1 il ərzində 54 milyon izləyici toplayıb və bununla 5 milyon dollardan çox qazanc əldə edib.

E.Rey TikTok sayəsində American Eagle geyim istehsalçısı və Spotify internet xidməti ilə müqavilələr bağlayıb.

İkinci və üçüncü yerlərdə isə Los-Ancelesdən olan Çarli (4 milyon dollar) və Diksi D Amelio (2,9 milyon dollar) bacıları qərarlaşıblar. (TED)

Digər xəbərlər