İKT

Trump: «ABŞ-da "TikTok-u qadağan edəcəyik»

Trump: «ABŞ-da "TikTok-u qadağan edəcəyik» | FED.az
10:52 1 Avq 2020

ABŞ prezidenti Donald Tramp, TikTok-a qadağa qoyulması barədə fərman imzalayacağını bildirib.

Eləcə də bax: Bu ölkədə «TikTok» və «WeChat» - QADAĞAN EDİLDİ

FED.az xəbər verir ki, dünən etdiyi çıxışda prezident TikTok sosial media platformasının qadağan edilməsi barədə fərman imzalayacağını açıqlayıb.

TikTok-a qarşı görüləcək tədbirləri çoxdan düşündüklərini vurğulayan Tramp, «ABŞ-da TikTok-a qadağa qoyacağıq» bildirib.  Hal-hazırda xüsusi iqtisadi səlahiyyətlərə sahib olduğunu vurğulayan Tramp ya bu səlahiyyətlərdən istifadə edəcəyini və ya TikTok-a qadağa qoymaq üçün prezident sərəncamı imzalayacağını vurğuladı.

Trampın sözlərindən belə məlum olub ki, Tik-Tokun qadağan edilməsi barədə sərəncamlar bu şənbə verilə bilər.

Digər xəbərlər