İKT

“WhatsApp”da video müddəti - ENDİRİLDİ

“WhatsApp”da  video müddəti - ENDİRİLDİ | FED.az
15:06 29 Mart 2020

Dünyada 2 milyarddan çox istifadəçisi olan populyar mesajlaşma tətbiqi «WhatsApp» burada yerləşdirilən videoların müddətinə qoyulan vaxt limitini bir qədər də qısaldıb.

FED.az xəbər verir ki, bundan sonra «WhatsApp» istifadəçiləri öz statuslarında əvvəlki kimi 30 saniyə deyil, 15 saniyədən uzun olan video yükləyə bilməyəcəklər.

Eləcə də bax: Hər işçiyə 1000 dollar - MÜKAFAT VERİR

Başqa sözlə, bu limit «WhatsApp»la göndərilən videolara deyil, statusa yerləşdiriən videolara aiddir. Limitin azaldılmasının səbəbi internetdən istifadənin artması və serverlərdə yaşanan sıxlıqdır.

Qeyd edək ki, hələlik Facebook bu barədə rəsmi elan verməyib, istifadəçilər limitin azaldılması barədə «WhatsApp»a yaxın qruplardan məlumat alıblar. Limitin tətbiqinə ilk olaraq Hindistandan başlanıb, məhdudiyyət tezliklə «WhatsApp»ın fəaliyyət göstərdiyi bütün ölkələrdə tətbiq olunacaq.

Digər xəbərlər