Banner
Banner

İKT

«Xiaomi»nin rəhbəri - «IPHONE» İSTİFADƏ EDİRMİŞ

«Xiaomi»nin rəhbəri - «IPHONE» İSTİFADƏ EDİRMİŞ | FED.az
20:46 14 May 2020

Çinin məşhur smartfon istehsalçısı olan «Xiaomi» şirkətinin təsisçisi və rəhbəri Ley Szöyunun (Lei Jun) rəqib şirkətin smartfonundan istifadə etdiyi məlum olub.

Eləcə də bax: “Microsoft” yenilənmiş cihazlarını - TƏQDİM EDİB

FED.az xarici mətbuata istinadən məlumat verir ki, Szyunun «iPhone»dan istifadə etdiyini yerli «Weibo» sosial şəbəkəsində şirkət rəhbərinin izləyiciləri və «Toutiao» saytı aşkar edib.

«Xiaomi» istifadəçiləri fikir veriblər ki, şirkət rəhbərinin «Weibo»da paylaşdığı postların bir hissəsi «iPhone-dan paylaşıldı» yazısı ilə çıxır. Məsələ bundadır ki, adətən status hansı model smartfondan paylaşılırsa, həmin modelin markası görünür. Bəzi izləyicilər bunan təəccüblənərək Syuna yazıblar ki, İT şirkətinin rəhbəri üçün belə davranış qəbuledilməzdir və Ley öz şirkətinin məhsullarından istifadə etməli idi.

Bir qədər sonra şirkət rəhbəri səhvə yol verdiyini anlayaraq iPhone-dan paylaşdığı postları silməyə başlayıb daha sonra isə onun paylaşımlarında statusların «Xiaomi»nin flaqman modeli sayılan Mi 10 Pro-dan paylaşıldığı barədə qeydlər görünüb.

İstifadəçilərin narazılığına Leyin partnyoru Pan Szyutan (Pan Juitang) reaksiya verib. O bildirib ki, şirkət rəhbərinin «iPhone» istifadə etməsində qəribə heç nə yoxdur, çünki iş adamı innovasiyalara açıq adamdır. «Əgər «Xiaomi»nin hər hansı meneceri «Apple», «Samsung» və başqa modellərdən istifadə etmirsə, o ya savadsızdır, ya ikiüzlüdür, ya da texnoloji inkişafdan kənarda qalıb», — deyə Szyutan bildirib. Sonda o bildirib ki, həm Ley Szyun, həm də «Huawei»in yaradıcısı Ren Jenfey (Ren Zhengfei) «Apple» məhsullarından istifadə edir.

Banner

Digər xəbərlər

SORĞU

Azərbaycanda hansı həyat sığortası şirkətinə etibar edirsiniz?