İKT

Yaponiya şirkəti tərcüməçi-maska - HAZIRLAYIB - QİYMƏT

Yaponiya şirkəti tərcüməçi-maska - HAZIRLAYIB - QİYMƏT | FED.az
10:12 11 İyul 2020

Yaponiyanın robotlar istehsalı ilə məşğul olan “Donut Robotiks” şirkəti sahibinin nitqini digər dillərə tərcümə edən ağıllı tərcüməçi-maska hazırlayıb.

Eləcə də bax: Yaponiyada yuyula bilən maskalar - SATIŞA ÇIXARILIB - QİYMƏT

FED.az xəbər verir ki, “C-Face” adlanan həmin maska virusdan qorumaqla yanaşı, onun sahibinin dediklərini doqquz dilə - Koreya, Vyetnam, Çin, tay, fransız, ingilis, ispan, İndoneziya və yapon dillərinə tərcümə edir. “Bluetooth” vasitəsilə smartfona qoşulan maska plastikdən hazırlanıb.

Qeyd edək ki, “Donut Robotiks” şirkəti bir neçə ildir ki, “Haneda” beynəlxalq aeroportunun sifarişi ilə tərcüməçi robotlar üzərində işləyir. Maskanın hazırlanması zamanı məhz bu texnologiyadan istifadə olunub.

Maskanın kraudfandinq üzərindən toplanan vəsaitlə istehsal olunması planlaşdırılır. Layihə üçün artıq 260 min dollar vəsaitin toplandığı bildirilir. Yeni məhsulun cari ilin sentyabrından satışa çıxarılacağı gözlənilir.

Təqribən 40 dollar dəyərində olan maskanın əvvəlcə Yaponiyada, sonra Çin, Avropa ölkələri və ABŞ-da satışı nəzərdə tutulur.

Şirkətdən gələcəkdə maskanın yalnız danışığı deyil, həm də görüntünü tərcümə etməsi üçün işin davam etdiriləcəyini bildiriblər. (Azərtac)

Digər xəbərlər

Banner