İnşaat və əmlak

Almaniya vətəndaşları Azərbaycan şirkətindəki səhmlərini öz - Şirkətlərinin Aktivlərinə Köçürüblər

Almaniya vətəndaşları Azərbaycan şirkətindəki səhmlərini öz - Şirkətlərinin Aktivlərinə Köçürüblər | FED.az
09:24 5 Avq 2020

Azərbaycan yol tikinti şirkəti olan “Azvirt”in səhmdarlarının tərkibi dəyişib.  

Eləcə də bax: Prezident İlham Əliyev Azərbaycanın yol tikintisi ilə məşğul olan – “AZVİRT” ŞİRKƏTİNİ TƏRİFLƏDİ

FED.az xəbər verir ki, “Azvirt” MMC 2019-cu il üçün audit edilmiş maliyyə hesabatını açıqlayıb. Sənədə görə, 50% pay iştirakına malik olan Martin Manfred (30%) və Sakhariaz Valter (20%) artıq “Azvirt”in  birbaşa payçıları deyillər. Martin Manfred 30% payını Almaniyada qeydiyyatdan keçmiş “Martin Beteiligungs GmbH & Co KG” şirkətinə, Sakhariaz Valter isə 20% payını Lüksemburqda qeydiyyatdan keçmiş “Falcom Holding s.a.r.l” şirkətinə ötürüb.

Digər səhmdarlar Elnur Əliyev (25%) və Almaniyada qeydiyyatdan keçmiş  “Walz GmbH & Co KG” şirkətidir (25%).

“AzVirt” Məhdud Məsuliyyətli Cəmiyyəti 29 iyun 1995-ci il tarixində Azərbaycanda “Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserni, Bakı Şəhər İcra Hakimiyyəti və Almaniyanın Virtgen İnternational Gmbh şirkətinin iştirakı ilə müvafiq olaraq mülkiyyətin 11%, 40% və 49% bölüşdürülməsi əsasında Azərbaycan-Almaniya Birgə Müəssisəsi olaraq təsis edilmişdir və daha sonra 5 may 2004-cü il və 16 dekabr 2006-cı il tarixində Qrup “AzVirt” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq yenidən qeydiyyatdan keçmiş və özəlləşdirilmişdir. İlk öncə Bakı ərazisində şəhər yollarının tikintisi ilə məşğul olan Qrup, zaman keçdikcə yol və hava limanı infrastruktur layihələri üzrə tam xidmət göstərən beynəlxalq şirkətə çevrilmişdir. (Marja)

Digər xəbərlər

Banner