İnşaat və əmlak

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı - AÇIQLANIB

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı - AÇIQLANIB | FED.az
08:21 16 Aprel 2020

2020-ci ilin yanvar-mart aylarında Azərbaycan vətəndaşları Türkiyədə 284 daşınmaz əmlak obyekti satın alıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3 obyekt azdır.

Eləcə də bax: Martda Azərbaycan vətəndaşları Türkiyədə - 95 EV ALIB

FED.az xəbər verir ki, bu barədə Türkiyə Dövlət Kadastrı və Alqı-Satqı Agentliyi məlumat verib.

Məlumata əsasən, mart ayında Azərbaycan vətəndaşları Türkiyədə 65 daşınmaz əmlak obyekti əldə edib. Bu, ötən ilin martı ilə müqayisədə 15 obyekt azdır.

2020-ci ilin martında Türkiyədə 108 670 daşınmaz əmlak obyekti satılıb ki, bu da 2019-cu ilin martı ilə müqayisədə 3,4 faiz çoxdur.

Ötən ay əcnəbilər Türkiyədə 3 036 daşınmaz əmlak əldə edib. Bu, 2019-cu ilin martı ilə müqayisədə 3 faiz azdır.

Trend

Digər xəbərlər