Banner

İnşaat və əmlak

Azərbaycanda 10 maşın - Özəlləşdirilib

Azərbaycanda 10 maşın - Özəlləşdirilib | FED.az
15:49 28 İyul 2021

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün təşkil etdiyi hərracda 10 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu barədə FED.az-a nazirlikdən bildirilib.

Məlumata görə, nəqliyyat vasitələri üzrə ümumulikdə 29 sifariş qeydə alınıb. Sifarişçilərdən 3-ü hərraca olduğu məkandan elektron formada qoşulub.

Özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3BLq2yg)

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar da hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Banner
Banner

Digər xəbərlər