İnşaat və əmlak

Azərbaycanda icra hakimiyyətlərinə - DAHA BİR İL VAXT VERİLDİ

Azərbaycanda icra hakimiyyətlərinə - DAHA BİR İL VAXT VERİLDİ | FED.az
17:37 19 Mart 2020

Azərbaycanda hazırda yerli icra hakimiyyətləri tərəfindən bütün şəhər və qəsəbə yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissələrinin müfəssəl planlarının məcburi tətbiqi müddəti daha 1 il uzadılıb.

Tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəa - Məcəllənin qüvvəyə mindiyi gündən 7 il deyil, 8 il sonra qüvvəyə minəcək.

FED.az-ın xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanuna dəyişiklik olunur.

Dəyişikliklə sənədin 2.2-ci maddəsində “7 il” sözü “8 il” sözü ilə əvəz edilir.

Məcəllənin həmin maddəsində deyilir: Tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. 

Şəhərsalma və Tikinti Məcəlləsi 29 iyun 2012-ci ildə təsdiqlənib.

Digər xəbərlər