Banner

İnşaat və əmlak

Azərbaycanda mayda istifadəyə verilmiş yaşayış evlərinin - Ümumi Sahəsi Artıb

Azərbaycanda mayda istifadəyə verilmiş yaşayış evlərinin - Ümumi Sahəsi Artıb | FED.az
16:26 18 İyun 2021

Azərbaycanda bu il istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsində kəskin azalma qeydə alınıb.

Eləcə də bax: Kirayə üsulu ilə verilən mənzillərin sayı - 850-ni Keçdi

FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-may ayları ərzində ölkədə ümumi sahəsi 772,7 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, illik ifadədə 68,7% azdır.

Təkcə may ayında ölkədə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi aylıq ifadədə 10% artaraq 152,6 min kvadrat metr təşkil edib, illik ifadədə isə bu göstərici 6% azalıb.

Xatırladaq ki, cari ilin yanvar-may aylarında yaşayış evlərinin tikintisinə 371,6 mln. manat vəsait yönəldilib, bu da illik ifadədə 28,3% azdır.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda ümumi sahəsi 4 957,2 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu da əvvəlki illə müqayisədə 47,6% azdır. (Apa)

Banner
Banner

Digər xəbərlər