İnşaat və əmlak

Azərbaycanda torpaq hərracları - YENİDƏN BAŞLAYIR

Azərbaycanda torpaq hərracları - YENİDƏN BAŞLAYIR | FED.az
09:09 7 May 2020

Azərbaycanda Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu istisna olmaqla, digər şəhər və rayonlarda martın 29, aprelin 2, 9, 16 və 23-ü tarixlərində təxirə salınmış torpaq müsabiqə və hərraclarının mayın 14-də keçirilməsi karantin rejiminin tələbləri nəzərə alınmaqla təşkil ediləcək.

Eləcə də bax: Əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştləri ediləcək - SİYAHI

FED.az bu barədə İqtisadiyyat Nazirliyinin Dövlət Əmlak Xidmətinə istinadən xəbər verir.

Qeyd edək ki, Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq tətbiq edilən bir sıra məhdudiyyətlərin mayın 4-dən yumşaldılmasına dair Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı nəzərə alınaraq qərar qəbul olunub.

Digər xəbərlər