Banner

İnşaat və əmlak

Azərbaycanlılar 5 ayda bu ölkədə 429 mənzil alıb

Azərbaycanlılar 5 ayda bu ölkədə 429 mənzil alıb | FED.az
12:05 14 İyun 2021

2021-ci ilin yanvar-may aylarında azərbaycanlılar Türkiyədə 429 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 361 mənzil almışdılar.

Azərbaycanlıların Türkiyədə mənzil alışı - 4 DƏFƏ ARTIB

FED.azTürkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Aprel ayında 131 mənzil,May ayında 47 alıblar. Ötən ilin eyni aylarında say müvafiq olaraq 99, 90, 95,35 və 42 mənzil olmuşdu.

Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 8-ci yerdədir. 

Azərbaycanlılar Türkiyədə 2016-da 610 mənzil, 2017-ci ildə 942 mənzil, 2018-ci ildə 1250 mənzil, 2019-cu ildə 1191 mənzil, 2020-ci ildə 1279 mənzil alıblar. (marja)

Banner
Banner

Digər xəbərlər