İnşaat və əmlak

Bakıda mənzillər martda - 2,6% UCUZLAŞIB

Bakıda mənzillər martda - 2,6% UCUZLAŞIB | FED.az
14:30 13 Aprel 2020

Bu ilin mart ayında Bakı şəhəri üzrə daşınmaz əmlak bazarında orta satış qiyməti 2,6% azalıb.

FED.az xəbər verir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov  bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 9,6% artım qeydə alınıb.

Eləcə də bax: Əmlak bazarında bütün proseslər dayanıb - ALICI YOXDUR

"Dəyişən strukturla aparılan hesablamalara əsasən, ay ərzində təkrar mənzil bazarında qiymətlər demək olar ki, sabit qalıb, il ərzində isə 1,32% artım olub. Sabit struktur, yəni eyni əmlakların qiymətləri üzrə hesablamalara əsasən, bu bazarda qiymətlərdə ay ərzində 1,3% azalma, illik isə 6,6% azalma baş verib. İlkin mənzil bazarında da ay ərzində 0,5% azalma, il ərzində isə 2,3% artım qeydə alınıb", - deyə N. İbrahimov bildirib.

Apa

Digər xəbərlər