İnşaat və əmlak

Bakıda mərkəzi rayon yaradılır - ELDAR ƏZİZOVDAN AÇIQLAMA

Bakıda mərkəzi rayon yaradılır - ELDAR ƏZİZOVDAN AÇIQLAMA | FED.az
11:50 12 Fev 2020

"Prezidentin tapşırığı ilə bu yaxınlarda Bakıda mərkəzi rayonun yaradılması nəzərdə tutulur".

FED.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakı Konqres Mərkəzində keçirilən "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Eləcə də bax: Bakıda mərkəzi rayon yaradılacaq – PREZİDENT AÇIQLADI

Onun sözlərinə görə,  mərkəzi rayon yaradılsa, tarixi binalara xüsusi xidmət göstəriləcək: "Bu binaların fasadlarını qoruyub saxlamaq, küçələri vahid  standartlara gətirib çıxarmaq üçün maraqlı şərait yaradılır. Bu yaxınlarda artıq qərar veriləcək".

E.Əzizov deyib ki, paralel olaraq Bakının mərkəzində abadlıq işləri aparılır, nəinki yeni binalar, eyni zamanda XIX əsrin sonu, XX əsrin əvvələrində neftin inkişafı nəticəsində yerli sahibkarlar tərəfindən inşa edilən tarixi binaların bərpası aparılır: "Bu proses göz qabağındadır. Mövcud olan bu cür problemlər mərkəzi rayonun yaradılması ilə aradan qalxacaq".

Apa

Digər xəbərlər