İnşaat və əmlak

Bakıda tikinti şirkəti mənzillərin qiymətini endirdi – KAMPANİYA, MƏBLƏĞLƏR

Bakıda tikinti şirkəti mənzillərin qiymətini endirdi – KAMPANİYA, MƏBLƏĞLƏR | FED.az
16:20 16 Mart 2020

Azərbaycanda fəaliyyət göstərən aparıcı tikinti şirkətlərindən olan «Yeni Zığ Yaşayış Kompleksi» mənzillərin satışı ilə bağlı 1 aylıq kampaniyaya start verib.

Eləcə də bax: Hansı tikinti obyektləri üçün - İCAZƏ PULSUZDUR?

FED.az xəbər verir ki, kampaniya çərçivəsində mənzillərin qiyməti, kredit müddəti, ilkin və aylıq ödənişlərində dəyişiklik edib.

1 otaqlılar 48 ay deyil, 60 aylıq kreditlə satılacaq

Belə ki, şirkət 1 otaqlı mənzillərin kredit müddətini 4 il (48 ay) yox, 5 ilə (60 ay) qədər uzadıb. 1 otaqlı mənzilin hər kvadrat metrinin qiyməti 950 AZN-dən təklif olunur.

Şirkət 50 kvadrat metrlik mənzilini ilkin ödənişini  14 250 AZN deyil, 11000 AZN, aylıq 608 AZN-dən təklif edir.

İlkin ödənişi 15 675 AZN deyil, 12000 AZN olan 55 kvadrat metrlik mənzilin aylıq ödənişi 670 AZN-dir. Bundan əlavə, 71.40 kvadrat metr olan mənzillərin ilkin ödənişi 15000 AZN, aylıq isə 881 AZN-dir.

2 otaqlı mənzillər - 950 AZN deyil, 900 AZN

2 otaqlı mənzillərin kvadrat metrinin qiymətindədə endirim olub. Belə ki, əvvəllər kvadrat metri 950 AZN olan mənzillər kampaniya müddətində 900 AZN-dən təklif olunur.

İlkin ödəniş 17062 AZN deyil, 15000 AZN olan 89.80 kvadrat metrlik mənzillərin kredit müddəti 5 il, aylıq ödənişləri isə 1097 AZN-dən təklif olunur.

Kampaniya çərçivəsində Yeni Zığ Yaşayış Kompleksində kredit müddəti 7 il olan 98.90 kvardat metrlik mənzillərin də satışına start verilib. Mənzilin ilkin ödənişi 18 791 AZN deyil, 15000 AZN, aylıq ödəniş isə 880 AZN-dir.

Analoji kredit müddəti 99.80 kvadrat metrlik mənzillərə də şamil olunur. Belə ki, kredit müddəti 7 il olan mənzillərin ilkin ödənişi 18 962 deyil, 15000 AZN, aylıq isə 890 AZN-dir.

3 otaqlı mənzillər - kredit müddəti 60 ay deyil, 72 ay

Qiymət dəyişikliyi şirkətin 3 otaqlı mənzillərinə də aiddir. Kampaniya çərçivəsində bu mənzillərdə kvadrat metrin qiyməti 950 AZN yox, 900 AZN olub. Kredit müddəti isə 5 il (60 ay) yox, 6 ilə (72 ay) qədər artırılıb.

Digər mənzillərin kredit və satış şərtləri aşağıdakı kimidir:

106.40 kvardat metrlik mənzillərin ilkin ödənişi 20 216 AZN deyil, 15000 AZN, aylıq 1122 AZN.

110.10 kvardat metrlik mənzillərin ilkin ödənişi 20 919 AZN deyil, 17000 AZN, aylıq 1140 AZN.

113 kvardat metrlik mənzillərin ilkin ödənişi 21 470 AZN deyil, 18000 AZN, aylıq 1162 AZN.

114.90 kvardat metrlik mənzillərin ilkin ödənişi 21 831 AZN deyil, 18000 AZN, aylıq 1186 AZN.

116 kvardat metrlik mənzillərin ilkin ödənişi 22 040 AZN deyil, 18 000 AZN, aylıq 1200 AZN.

Digər xəbərlər