Banner

İnşaat və əmlak

Bu ilin I yarısında Azərbaycanda - 123 Dövlət Əmlakı Özəlləşdirilib

Bu ilin I yarısında Azərbaycanda - 123 Dövlət Əmlakı Özəlləşdirilib | FED.az
14:58 16 İyul 2021

Azərbaycanda özəlləşdirilmə sahəsində prosedurların sadələşdirilməsi, hərracların elektron müstəviyə keçməsi, onlayn xidmətlərin təşkili, perspektivli müəssisələrin özəlləşməyə çıxarılması investorların cəlb edilməsinə geniş imkanlar yaradır.

Eləcə də bax: Bu il özəlləşdirmədən büdcəyə daxilolmalar üzrə - Proqnoz Tam İcra Edilməyib

FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti bu ilin I yarısında dövlət əmlakının özəlləşdirilməsi üzrə 34 hərrac keçirib.

Hərraclarda 123 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 10-u səhmdar cəmiyyətlərinin səhm paketi, 26-sı kiçik dövlət müəssisəsi, 1-i yarımçıq tikili və 86-sı nəqliyyat vasitəsidir.

İnnovasiyaların tətbiqi özəlləşdirmə prosesində səmərəliliyin və vətəndaş məmnunluğunun yüksəlməsinə səbəb olub. Belə ki, I yarımildə hərraca çıxarılmış dövlət əmlakı üzrə 38 elektron sifariş qəbul edilib, “Elektron hərrac” xidməti vasitəsilə 15 onlayn qoşulma baş tutub.

2021-ci ilin ilk 6 ayı ərzində 308 qeyri-yaşayış sahəsi, 403 müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsi icarəyə verilib, 145 icarə müqaviləsinin müddəti uzadılıb. (Report)

Banner
Banner

Digər xəbərlər