Banner

İnşaat və əmlak

Dövlət əmlakları bu qiymətə satışa çıcarılacaq – YENİ HƏRRAC – MƏBLƏĞLƏR

Dövlət əmlakları bu qiymətə satışa çıcarılacaq – YENİ HƏRRAC – MƏBLƏĞLƏR | FED.az
12:44 11 Aprel 2021
Xəbər verildiyi kimi, 04 may 2021-ci il tarixdə saat 10-da Dövlət Əmlak xidməti respublikanın müxtəlif şəhər və rayonlarında yerləşən əmlakları - kiçik müəssisə və obyektləri hərraca çıxaracaq.

Dövlət avtomobilləri hərracda bu qiymətə satıldı – SİYAHI – MƏBLƏĞLƏR

FED.az-ın məlumatına görə, ümumilikdə 21 əmlak saışa çıxarılacaq. Onların arasında mağaza, yeməkxana, zavod, istehsal sahələri, hətta kənd klubu və ayrı-ayrı rayonların kəndlərindəki mədəniyyət evləri də var.
Hərraca çıxarılan əmlakların qiyməti isə 1500 manatan 102 min manatadək dəyişir.

Dövlət avtomobilləri satışa çıxarıldı – 1000-18000 MANAT – TAM SİYAHI

Obyektlərin əksəriyyəti köhnə tikili və istifadəyə yararsız olduqlarına görə, onların real dəyəri yerləşdiyi torpaq sahələri ilə bağlıdır. Belə ki, bəzi obyektlərin bir neçə hektaradək torpaq sahələri var.
Bakıda ən bahalı obyekt Nardaran qəsəbəsindəki mağazadır, mağaza və onun yerləşdiyi 27 sot torpaq sahəsinin birlikdə qiyməti 65 min manatdır.
Xızıda yardımçı təsərrüfat adı ilə satışa çıxarılan obyektin qiyməti isə 102 min manatdır. Onun əsas dəyəri 2,5 hektar ərazisi olmasıdır.
Ən ucuz obyekt isə Xaçmaz rayonunda yerləşən Mollaburhan kənd klubudur – cəmi 1500 manat. Onun cəmi 1,5 sot torpağı var. Hərraca qatılmaq üçün ilkin qiymətin 10%-i qədər beh yatırmaq lazımdır.
 

Müəssisə və obyektin adı

Ünvanı

Ümumi
faydalı
sahəsi
(kv.m)

Özəlləşdirilən torpaq sahəsi
(kv.m)

Əmlakın ilkin satış qiyməti
(manat)

10% beh (manat)
 

 

1

10 saylı mağaza (inşaat)

Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Şeyx Əli Tuti küçəsi, 1C

1133,5

2716,1

65 000

6500

 

2

15 saylı mağaza
(təsərrüfat malları)

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Seyid İbad Ağa küçəsi, 24, Qapı 6

176,7

x

12 500

1250

 

3

Yardımçı təsərrüfat

Xızı rayonu, Şurabad qəsəbəsi

308,8

25000,0

102 500

10250

 

4

Beton və məhlul istehsal edən sahə

Gəncə şəhəri, Kəpəz rayonu, Kimyaçılar küçəsi, 1 döngə 4

382,9

3700,0

47 500

4750

 

5

Yardımçı təsərrüfat

Saatlı rayonu, Heydərəbad kəndi

174,2

34875,5

47 500

4750

 

6

Kərpic istehsal edən sahə

Ağdaş rayonu, Aşağı Nemətabad kəndi

45,0

16789,0

37500

3750

 

7

Yevlax sənaye müəssisəsi

Yevlax şəhəri, Şadlinski küçəsi, 33

60,0

15000,0

41 500

4150

 

8

26 saylı Səyyar Mexanikləşdirilmiş Dəstə

Yevlax şəhəri, Şadlinski küçəsi, 37

50,0

10000,0

26 500

2650

 

9

"İncilli" kafesi

Mingəçevir şəhəri, İncilli küçəsi, 25

147,3

3650,0

25 750

2575

 

10

Bərgüşad kənd Mədəniyyət evi

Ucar rayonu, Bərgüşad kəndi

310,0

477,2

7 500

750

 

11

Alıcqışlaq kənd klubu

Xaçmaz rayonu, Alıcqışlaq kəndi

260,7

296,0

5 000

500

 

12

Mollaburhan kənd klubu

Xaçmaz rayonu, Mollaburhan kəndi

100,2

157,5

1 500

150

 

13

Sərkərli kənd klubu

Xaçmaz rayonu, Sərkərli kəndi

66,1

1021,2

2 250

225

 

14

Yuxarı Aran qəsəbə Mədəniyyət evi

Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsi

754,4

3483,0

20 000

2000

 

15

Milabad qəsəbə Mədəniyyət evi

Beyləqan rayonu, Milabad qəsəbəsi

929,8

2948,0

21 000

2100

 

16

7/9 saylı mağaza

İmişli şəhəri, Xiyabani küçəsi

119,3

783,0

10 750

1075

 

17

Avtoqaraj

İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi

612,0

11583,8

40 000

4000

 

18

Şənlik kənd klubu

Ağcabədi rayonu, Şənlik kəndi

611,9

5737,9

30 000

3000

 

19

31/77 saylı mağaza

Şirvan şəhəri, Ş.Şükürov küçəsi, 7

118,6

x

5 450

545

 

20

Anbarlar sahəsi

Şirvan şəhəri, M.Mirzəyev küçəsi

2102,4

2315,6

50 000

5000

 

21

Yeməkxana

Balakən rayonu, Mahamalar kəndi

69,2

x

2 450

245

 

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiq edilmiş formada sifariş.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin  AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

Qeyd: Hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Bakı şəhəri üzrə:
Əmlak Məsələləri Dövlət Xidməti (Əmlak Xidmətləri Məkanının binası 2-ci mərtəbə)
ünvan:( Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küşəsi, 20)
Xızı şəhəri üzrə:
ünvan: Xızı şəhəri, Heydər Əliyev prospekti, 15 əlaqə telefonu: (kod 02331) 5-01-48
Gəncə şəhəri üzrə:
ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, 3 əlaqə telefonu: (kod 022) 256-13-76
Saatlı şəhəri üzrə:
ünvan: Saatlı şəhəri, Heydər Əliyev prospekti 133, əlaqə telefonu: (kod 02128) 5-46-58
Ağdaş şəhəri üzrə:
ünvan: Ağdaş şəhəri, Heydər Əliyev Xıyabanı küçəsi, 1, əlaqə telefonu: (kod 02023) 5-22-99
Yevlax şəhəri üzrə:
ünvan: Yevlax şəhəri, Q.Quliyev küçəsi 8A, əlaqə telefonu: (kod 022336) 6-45-62
Mingəçevir şəhəri üzrə:
ünvan: Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 26/11, əlaqə telefonu: (kod 02427) 4-45-00, 4-39-00
Ucar şəhəri üzrə:
ünvan: Ucar şəhəri, Heydər Əliyev küçəsi 28, əlaqə telefonu: (kod 02021) 3-01-13, 3-36-77
Xaçmaz şəhəri üzrə:
ünvan: Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 7 əlaqə telefonu: (kod 2332) 5-39-72, 5-33-55, 5-12-27
Beyləqan şəhəri üzrə:
ünvan: Beyləqan şəhəri, S.İmrəliyev küçəsi, 95 əlaqə telefonu: (kod 02122) 5-16-24
İmişli şəhəri üzrə:
ünvan: İmişli şəhəri, 20 Yanvar küçəsi 11, əlaqə telefonu: (kod 02124) 6-35-31, 6-40-29
Ağcabədi şəhəri üzrə:
ünvan: Heydər Əliyev prospekti 233, əlaqə telefonu: (kod 2127), 5-14-50
Şəki şəhəri üzrə:
ünvan: Şəki şəhəri, Heydər Əliyev prospekti, 9A, əlaqə telefonu: (kod 02424) 4-26-10, 4-40-36
Şirvan şəhəri üzrə:
ünvan: Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 14, əlaqə telefonu: (kod 02121) 5-27-98
Balakən şəhəri üzrə:
ünvan: Balakən şəhəri, Heydər Əliyev prospekti 40, əlaqə telefonu: (kod 02429) 5-10-56

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsi şöbəsindən almaq olar.

 
 
 
 
 
 

 

Banner
Banner

Digər xəbərlər