İnşaat və əmlak

Ən azı 1500 mənzil və fərdi - EV VERİLƏCƏK

Ən azı 1500 mənzil və fərdi - EV VERİLƏCƏK | FED.az
10:05 25 Dek 2019

24 dekabr 2019-cu il tarixində Prezident tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalanıb.

FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Sərəncamda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisi məqsədilə 20 milyon 610 min manatın ayrılması tapşırılır ki, bu da respublikamızın bölgələrində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yeni fərdi yaşayış evlərinin tikintisi işlərinin uğurla davam etdirilməsinə təminat verir.

Eləcə də bax: Prezident şəhid ailələrinə - PUL AYIRDI - SƏRƏNCAM

Prezident İlham Əliyev gələn il ən azı 1500 mənzil və fərdi evin verilməsinin nəzərdə tutulduğunu bildirib. Yeni Sərəncam da bu məqsədə doğru atılan mühüm bir addımdır.

İndiyədək şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 7500-dən çox mənzil və fərdi ev, 7 minə yaxın minik avtomaşını verilib.

Digər xəbərlər

Banner