İnşaat və əmlak

"Fitch" İKZF-nin reytinq üzrə - PROQNOZUNU ENDİRİB

"Fitch" İKZF-nin reytinq üzrə - PROQNOZUNU ENDİRİB | FED.az
11:02 17 Aprel 2020

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) yerli və xarici valyutada emitentinin uzunmüddətli defolt reytinqini (IDR) "BB+" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə "stabil"dən "mənfi"yə endirib.

Eləcə də bax: Azərbaycanda gecikən ipoteka ödənişlərinə - FAİZ HESABLANMAYACAQ - YENİLİK

FED.az xəbər verir ki, Fond üzrə proqnozun "mənfi"yə dəyişməsinin əsas səbəbi Azərbaycanın uzunmüddətli IDR-i üzrə proqnozun "stabil"dən "mənfi"yə endirilməsi olub.

"Fitch" qeyd edir ki, İKZF və Azərbaycanın reytinqi və reytinq üzrə proqnozu bərabər tutulur və məhz buna görə ölkənin gələcəkdəki reytinqində və ya reytinq üzrə proqnozunda dəyişiklik İKZF-yə birbaşa eyni təsir göstərəcək.

Apa

Digər xəbərlər