Banner

İnşaat və əmlak

Sumqayıtdakı mənzillər güzəştlə satışda - AYLIQ ÖDƏNİŞ 128 MANATDAN BAŞLAYIR

Sumqayıtdakı mənzillər güzəştlə satışda - AYLIQ ÖDƏNİŞ 128 MANATDAN BAŞLAYIR | FED.az
08:35 16 İyul 2021

Azərbaycan Respublikasının Mənzil İnşaat Dövlət Agentliyi, növbəti layihəsi - Sumqayıt şəhərində inşa olunmuş binalarda yerləşən mənzillərin güzəştlə satışını elan edir.

Azərbaycanda güzəştli mənzil alan ailələrin - SAYI AÇIQLANDI

FED.az xəbər verir ki, Sumqayıt şəhəri, Zəminə Həsənova küçəsində yerləşən 1 və 2 saylı binalar üzrə hər birində 72 mənzil olmaqla cəmi 144 təmirli mənzilin güzəştli satışı 17 avqust 2021-ci il tarixində başlayacaq.

Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdirlər.

Studio tipli mənzillərin qiyməti 29 min 665 manat, 1 otaqlı mənzillərin qiyməti 30 min 175 manat, 2 otaqlı mənzillərin qiyməti 48 min 110 manat, 3 otaqlı mənzillərin qiyməti 63 min 325 manatdır. 

Mənzili 3-30 il müddətinə, illik faiz dərəcəsi 4% və ilkin ödənişi minimal 10% təşkil edən ipoteka kreditilə də əldə etmək olar. 30 il müddətinə güzəştli ipoteka ilə alındıqda studio tipli mənzillin aylıq ödənişi 128 manat, 1 otaqlı mənzilin aylıq ödənişi 130 manat, 2 otaqlı mənzilin aylıq ödənişi 207 manat, 3 otaqlı mənzilin aylıq ödənişi isə 272 manatdır.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər, mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı, Sumqayıt və Gəncə), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər. 

Banner
Banner

Digər xəbərlər