İnşaat və əmlak

Tikinti materiallarının istehsalında – BÖYÜK GERİLƏMƏ 

Tikinti materiallarının istehsalında – BÖYÜK GERİLƏMƏ  | FED.az
09:52 22 May 2020

Azərbaycanda yanvar-aprel aylarınad tikniti materiallarının istehsalında azalma baş verib. 

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilk 4 ayda 203,9 milyon manatıq tikinti materialı istehsal edilib – bu ötən ilin eyni dövründən 4,5% azdır. 

Eləcə də bax: Azərbaycanda tikinti materialları sahəsində istehsalın - ÜMUMİ DƏYƏRİ AZALIB

Bu dövvrdə tikinti gipsinin istehsalı 2,9 dəfə, hörmə üçün hazır beton qarışığının istehsalı 9,9 faiz, tikinti kərpicinin istehsalı 6,8 faiz artmış, betondan yığma tikinti konstruksiyalarının istehsalı 4,3 faiz, sementin istehsalı 8,7 faiz, tikinti əhənginin istehsalı 24,6 faiz, asfaltın istehsalı 41,3 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 44,8 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 69,3 faiz azalıb.

  

Digər xəbərlər