İnşaat və əmlak

Türkiyədə var-dövlət amnistiyası keçirilir – ŞƏRTLƏR

Türkiyədə var-dövlət amnistiyası keçirilir – ŞƏRTLƏR | FED.az
11:59 21 İyun 2020

Türkiyə vətəndaşlarının müxtəlif yollarla əldə edərək xariclə saxladığı var-dövlətin ölkəyə gətirilərək leqallaşdırılması üçün Tyrkiyə hökumətinin elan etdiyi var-dövlət amnistiyasının müddətinin başa çatmasına 10 gün qalıb. 

Təcili: Azərbaycanda kapital və əmlak amnistiyası gözlənilir

FED.az xəbər verir ki, xaricdəki pul, qızıl, xarici valyuta və qiymətli kağızların Türkiyəyə gətirilməsini təmin edən amnistiya üçün müraciət müddəti 30 iyunda sona çatacaq. Bu amnistiya çərçivəsində fiziki və hüquqi şəxslər xaricdəki aktivlərini və sərvətlərini Türkiyəyə gətirərək iqtisadiyyata yatıra biləcək. 

Azərbaycanda kapital və əmlak amnistiyası hansı formada - TƏTBİQ EDİLƏCƏK?

Yeni amnistiya həmçinin gəlir və korporativ vergi ödəyicilərinə ölkədə olan, lakin qeydə alınmayan əmlaklarını vergi idarəsinə təqdim etməyə və leqallaşdırmağa da imkan verir. Bu zaman həmin əmlakların mənbəyi barədə vergi idarəsinə heç bir  məlumat verməli deyillər. Qeyd edək ki, Türkiyədə bu müddət əslində 2019-cu ilin sonunda başa çatırdı, amma hökumət müddəti daha 6 ay uzadıb. 

Qanuna görə, sözügedən aktivlər Türkiyəyə gətirilməli və ya ölkədə bankda və ya broker firmasında açılmış hesaba köçürülməlidir. Fiziki olaraq Türkiyəyə gətirilə bilməyən qiymətli kağızlar və digər kapital bazarı alətləri, bu formada qeydə alınacaq. Xarici aktivlərin ən geci 30 iyuna qədər qeydiyyata alınması nəticəsində onlardan banklarlakı kreditləri bağlamaq üçün də istifadə etmək mümkün olacaq. 

«Bura mənim babamın olub!» - SOVETDƏN ƏVVƏLKİ ƏMLAK KİMİNDİR? - BİZNES TARİXİ

Amnistiya qaydalarına görə, leqallaşdırılan aktivlərdən cəmi 1% vercgi tutulacaq.

Bu pul iyulun 15-dək ödənməlidir. Daxili aktivlər, 30 iyun tarixinə qədər iş sənədlərinə daxil edilərsə və vergi orqanlarına təqdim olunarsa, sərbəst şəkildə saxlanıla bilər. 1 faiz vergi vergi sonrakı ayın sonuna qədər ödəniləcəkdir.
Var-dövlət amnistiyasından yararlandığı təqdirdə, bu aktivlər vergi tutulan dövr qazancının müəyyənləşdirilməsində nəzərə alınmayacaq və vergi hesablanması və qiymətləndirilməsi aparılmayacaqdır. Leqallaşdırılan aktivlər korporativ vergi ödəyiciləri tərəfindən səhmdarlara paylandığı təqdirdə, mənfəət bölgüsü ilə bağlı vergi də tutulmayacaq. 
Bundan əlavə müəssisəyə daxil olan aktivlər müəssisələr üçün bölüşdürülən mənfəətin təyin edilməsi nəzərə alınmadan müəssisədən götürülə bilər.

«Qiyamətə qədər» Nizami Gəncəviyə bağışlanan kənd və Fətəli xanın hədiyyəsi -  BİZNES TARİXİ

Vergi yoxlaması və vergi müayinəsi nəticəsində veriləcək vergi ödəmə müddətinə görə ödəniləcək və bildirilən aktivlər, bildiriş tarixindən etibarən 3 ay ərzində Türkiyəyə gətiriləcək və ya ölkədə bankda və ya broker firmasında açılmış hesaba köçürülməlidir.

Digər xəbərlər

Banner