İnvestisiya

Avropadan Bakı limanına 1 milyon avroluq dəstək

Avropadan Bakı limanına 1 milyon avroluq dəstək | FED.az
13:06 16 Mart 2018

Bu gün Avropa İttifaqı ilə Bakı limanı arasında "Ələtdə yerləşən yeni Bakı Limanı əməliyyat imkanlarının genişləndirilməsinə Aİ-nin dəstəyi" layihəsinə start verilib.

Bunu "Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov bildirib.

Y.Ziyadovun sözlərinə görə, layihə iki il müddətində icra olunacaq.


"Bu layihə çərçivəsində Bakı limanına Avropa İttifaqı ciddi dəstək göstərəcək. Bu dəstək daha çox bizim insan resurslarımızın, əməliyyatlarımızın inkişafına və eləcə də müxtəlif təcrübələrin öyrənilməsinə, Bakı limanının regionda nümunəvi bir liman statusuna çatdırılması üçün bir yardım mexanizmidir. Layihənin dəyəri bir milyon avrodur", - deyə T. Ziyadov vurğulayıb.

Digər xəbərlər