Banner

İnvestisiya

Azərbaycan ötən il xaricə 825 mln. dollardan çox - İnvestisiya Yatırıb

Azərbaycan ötən il xaricə 825 mln. dollardan çox - İnvestisiya Yatırıb | FED.az
11:47 31 Mart 2021

2020-ci ildə Azərbaycan xaricə 825,3 mln. ABŞ dolları məbləğində investisiya göndərib ki, bu da ölkənin xalis maliyyə aktivlərinin 1 232,5 mln. dollar artmağı ilə nəticələnib.

Eləcə də bax: Azərbaycan ötən il xalis maliyyə öhdəliklərini 1 milyard dollardan çox - Azaldıb

FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının hesabatına görə, sözügedən 1 232,5 mln. dollarlıq artım həm də portfel investisiyaları (22,7 mln. dollar) və digər investisiyalar (384,5 mln. dollar) hesabına formalaşıb.

Beləliklə, 2020-ci ilin yekunlarına görə, ölkənin tədiyə balansının maliyyə hesabının kəsiri 2 400,8 mln. dollar təşkil edib ki, bu da ÜDM-in 5,6%-nə bərabər olub. (Apa)

Banner
Banner

Digər xəbərlər