Banner
Banner

İnvestisiya

Azərbaycana investisiya hansı mənbə hesabına artıb? - CƏDVƏL

Azərbaycana investisiya hansı mənbə hesabına artıb? - CƏDVƏL | FED.az
08:27 17 Fev 2020

Xəbər verildiyi kimi, 2020-ci ilin yanvar ayına Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları 14,7% artaraq 996,7 milyon manata çatıb.

Eləcə də bax: Yanvarda Azərbaycana investisiya qoyuluşu - 15%-Ə YAXIN ARTIB

FED.az bildirir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə yatırımlar 128 milyon manat yüksəlib.

Araşdırma göstərir ki, investisiya qoyuluşunun artması əsasən dövlət mənbələri hesabına mümkün olub. Belə ki, bu dövrdə büdcə vəsaitləri 106 milyon manat, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə təqribən 5 dəfə artaraq 7 milyon manatdan 34 milyon manata yüksəlib, yəni 27 milyon manat artıb.

İnvestisiyaların əhəmiyyətli hissəsini təşkil edən müəssisə və təşkilatlaın vəsaitlərində ötən illə müqayisədə artım böyük deyil – 4 milyon manat və ya 0,6%. Əvəzində əhalinin şəxsi vəsaitləri hesabına yatırımlar 17%-ə yaxın və ya 32% artıb.

Bu dövrdə yatırımların azaldığı mənbə banklar olub – bankların kredit qoyuluşları hesabına yatırımlar təqriən 4 dəfə azalaraq 44 milyondan 12 milyon manata enib.

 

Banner

Digər xəbərlər

SORĞU

Azərbaycanda hansı həyat sığortası şirkətinə etibar edirsiniz?