Banner

İnvestisiya

Azərbaycana yatırılan xarici investisiyalar azalıb 

Azərbaycana yatırılan xarici investisiyalar azalıb  | FED.az
22:21 23 Avq 2018

2018-ci ilin yanvar-iyul aylarında xarici müəssisə və təşkilatlar əsas kapitala 3 milyard 234,7 milyon manat investisiya  yönəldib.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə xarici ölkələrin və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən vəsaitin 2 milyard 578,9 milyon manatı (79,7%) Birləşmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Rusiya, İran və Çexiya sərmayədarlarının payına düşüb.

Xarici investorların bu il Azərbaycanda əsas kapitala yönəltdiyi kapitalın ən böyük həcmi aprel ayında olub - 592,2 milyon manat. Mayda bu məbləğ 447,7 milyon manat, iyun ayında isə 466,2 milyon manat olub. İyul ayında isə əsas kapitala yönəldilən xarici investisiyaların həcmi azalaraq 342,1 milyon manata düşüb.   

Digər xəbərlər

Banner