Banner

İnvestisiya

Azərbaycanda “biznes cənnəti” yaradılır - VİDEO

Azərbaycanda “biznes cənnəti” yaradılır - VİDEO | FED.az
08:43 8 İyun 2018

Orada nə vergi var, nə də gömrük

Azərbaycanın investorların və iş adamlarının çoxdan gözlədiyi tarixi hadisə baş verib.

Prezident İlham Əliyev Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikasının Qanununun qüvəyə minməsi barədə fərman imzalayıb.
 
Bu qanun Ələtdə yaradılacaq azad iqtisadi zonasının fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir. Yeni qanuna əsasən, azad iqtisadi zonada biznes üçün Azərbaycanın digər əraziləindən fərqli şərait yaradılacaq. Burada heç bir vergi və gömrük rüsumları olmayacaq, lisenziyalaşma, bütün xidmətlər və biznesə nəzarət daxili qaydalarla tənzimlənəcək.

Ən əsası, bu ərazidəki mübahisələri Azərbaycanın iqtisadi məhkəmələri deyil, elə daxildəki qurumlar həll edəcəklər.

Azad İqtisadi Zonanın yaradılmasında zərurət nədən ibarət idi?

"Real vaxt" verilişində Fed.az saytının baş redaktoru Əli Əhmədovla mövzu ətrafında müzakirə aparılıb.

Digər xəbərlər

Banner