Banner

İnvestisiya

Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (Yanvar-iyun, 2018)

Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (Yanvar-iyun, 2018) | FED.az
11:01 12 İyul 2018

Bakı Fond Birjası (BFB) 2018-ci ilin yanvar-iyun ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.

FED.az Fond Birjasına istinadən xəbər verir ki, renkinqə 3 708 mln. manatlıq göstərici ilə "Paşa Kapital İnvestisiya Şirkəti” başçılıq edir.

Növbəti yerlərdə 2 879 mln. manatla “Unicapital İnvestisiya Şirkəti", 2 589 mln. manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 2 575 mln. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 822 mln. manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 323 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.

İnvestisiya şirkətləri Əməliyyatların həcmi, AZN
1 Paşa Kapital 3,708,221,060.77
2 Unicapital 2,878,767,493.78
3 İnvest-Az 2,589,297,592.91
4 AzFinance 2,574,781,509.66
5 Xalq Kapital 822,104,106.34
6 PSG Kapital 322,783,951.56
7 Kapital Menecment                 -

Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.

Digər xəbərlər

Banner