Banner

İnvestisiya

Dollar indeksinin əlavə 1%-dək yüksəlməkdə davam edəcəyi - Ehtimal Edilir

Dollar indeksinin əlavə 1%-dək yüksəlməkdə davam edəcəyi - Ehtimal Edilir | FED.az
09:36 17 İyun 2021

Amerika Mərkəzi Bankı (FED) monetar siyasətin sərtləşdirilməsini müzakirə etməyə başladıqlarını, inkişaf və faiz artımı proqnozlarını yüksəltdiklərini elan etdikdən sonra EUR/USD və GBP/USD məzənnələrində ucuzlaşma başlayıb. Eyni tendensiya qızılın qiymətində də müşahidə edilir. 

Beləliklə, son iki ayın maksimumuna qalxan dollar indeksinin, əlavə 1%-ə kimi yüksəlməkdə davam edəcəyi də ehtimal edilir. 

Kriptovalyuta birjalarında isə tələbin artması ilə əlaqədar Bitcoinin qiyməti bahalaşaraq, önəmli müqavimət səviyyəsi - 39500$ ətrafında dalğalanmaqdadır. Təhlillərə əsasən, BTC/USD yaxın günlərdə 44800$-a kimi də dəyər qazana bilər. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Banner
Banner

Digər xəbərlər