İnvestisiya

Dövlət Neft Fondunun Avropa ölkələrinə investisiyaları azalıb

Dövlət Neft Fondunun Avropa ölkələrinə investisiyaları azalıb | FED.az
21:36 27 Okt 2020

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Avropa ölkələrinə investisiyaları azalıb, Asiya-Sakit Okean ölkələrinə isə artıb.

"S&P": Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu bu il artacaq

FED.az Neft Fondunun 2020-ci ilin 9 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il sentyabrın 30-na ARDNF-in investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 29,37 faizi Avropa təşkil edib. İlin əvvəlinə olan məlumata görə isə fondun coğrafi regionlar üzrə təsnifatında 33,8 faizi Avropa təşkil edirdi. Beləliklə də, ilin ötən dövründə Neft Fondu Avropa ölkələrinə investisiyalarını 4,43 faiz azaldıb.

Müqayisə olunan dövrdə Dövlət Neft Fondunun Asiya-Sakit Okean ölkələrinə investisiyaları isə artıb. Belə ki, üçüncü rübünün sonuna Neft Fondunun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında bu ölkələrə investisiyalarla bağlı göstərici ilin əvvəli ilə müqayisə 33,76 faizdən 35,53 faizə yüksəlib.

Bu müddətdə fondun Şimali Amerikaya investisiyaları üzrə göstərici 24,91 faizdən 26,62 faizə yüksəlib, Avstraliya-Yeni Zelandiya üzrə göstərici isə 2,04 faizdən 1,09 faizə enib.

Dövlət Neft Fondunun Avropa ölkələrinə investisiyaları azalıb | FED.azDövlət Neft Fondunun Avropa ölkələrinə investisiyaları azalıb | FED.az

Digər xəbərlər