Banner

İnvestisiya

Dövlət şirkətinin bağlanan banklarda - 6,5 MİLYON MANAT PULU QALIB

Dövlət şirkətinin bağlanan banklarda - 6,5 MİLYON MANAT PULU QALIB | FED.az
13:02 10 İyul 2020

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (ASC) bağlanan banklarda 6,5 milyon manatldan artıq vəsaiti qalıb.

Eləcə də bax: Bağlanan bankların bir çox əmanətçisi narazıdır – YATIRIMLAR SIĞORTASIZ HESAB EDİLİR

FED.az xəbər verir ki, bu Hesablama Palatasının təşkilatda apardığı audit yoxlamasında məlum olub. 

Ümumiyyətlə, palata hesab edir ki, «Azərbaycan İnvestisiya Şirkəti» banklardakı vəsaitləri səmərəli idarə etməyib. 

Belə ki, ASC-nin 2016-2019-cu illərdə banklarda yerləşdirdiyi müddətli depozitlərinin faiz dərəcələri ümumilikdə ölkənin maliyyə bazarında manat depozitləri üzrə orta faiz dərəcələrindən daha aşağı olub. 

Depozit müqavilələrinin vaxtının uzadılması və ya depozit müddəti bitən kimi yenidən həmin məbləğlərə bağlanması nəticəsində «Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin müvəqqəti olaraq sərbəst olan vəsaitlərinin idarə və istifadə olunması Qaydaları»nın tələblərinə riayət olunmayaraq ASC-nin böyük məbləğdə vəsaitləri uzun (1 ildən çox) müddətlərdə aşağı faizlərlə kommersiya banklarında depozitdə qalıb. Bu vəsaitlərin 5 milyon manatı 3 ildən çox müddətdə “Atabank” ASC-də saxlanılıb. Bundan başqa, gəlirlərinin optimallaşdırılması və sərbəst pul vəsaitlərindən mütəmadi olaraq əlavə gəlir götürmək imkanlarından tam istifadə edilməyib. 

2015-ci ildə “TexnikaBank” ASC-də yerləşdirilmiş 6 milyon manatlıq 3 aylıq depozitlər və 95 min manat məbləğində hesablanmış faizlər, habelə “Atabank” ASC-yə 2018-ci ildə bir illik müddətə yerləşdirilən müddəti başa çatmış 450  min manat məbləğində depozit 01.01.2020-ci ilədək ASC-yə ödənilməyib. 

Digər xəbərlər

Banner