Banner

İnvestisiya

Əcnəbilər Azərbaycanda bu şərtlərlə qala bilər - QAYDALAR

Əcnəbilər Azərbaycanda bu şərtlərlə qala bilər - QAYDALAR | FED.az
22:46 23 Avq 2018

Xarici investorların Azərbaycanda daimi yaşayış icazəsi alması üçün qaydalar açıqlanıb.
 
FED.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Xarici investorların daimi yaşama izni barədə danışan Xidmətin Miqrasiya Proseslərini Tənzimləmə Baş İdarəsinin rəisi İsmayıl Abdullayev şərtləri sadalayıb.
 
Onun sözlərinə görə, əcnəbilər ən azı 2 il Azərbaycanda müvəqqəti yaşadıqdan sonra bu hüququ qazana bilərlər. Eyni zamanda ölkə iqtisadiyyatına azı 500 min manat məbləğində investisiya qoyan xaricilər burada daimi yaşamaq icazəsi almaq üçün hökumətə müraciət edə bilərlər.
 
 
 

Digər xəbərlər

Banner