Banner

İnvestisiya

EUR/USD və GBP/USD məzənnələri - Bahalaşmaqdadır

EUR/USD və GBP/USD məzənnələri - Bahalaşmaqdadır | FED.az
10:42 18 May 2021

ABŞ-da inkişafın qeyri-bərabər müşahidə olunması, natamam qalması və əmək bazarında durğunluq üzündən inflyasiyada dayanıqlı artım proqnozlaşdırılmadığı üçün monetar siyasətin sərtləşdirilməsi planları da gecikir. Bu, dollara qarşı təzyiqlər də artmaqdadır. Bununla yanaşı, hökümətin fiskal dəstək proqramlarının da iqtisadi təsirləri fonunda qeyri-müəyyənlik artmaqdadır. 

Beləliklə, EUR/USD və GBP/USD məzənnələri bahalaşmaqda, USD/JPY, USD/TRY, USD/RUB valyuta cütklüklərin qiymətləri isə ucuzlaşmaqdadır. Əmtəə birjalarında da neft və qızıl qiymətlərində bahalaşma davam edir. 

Kriptovalyuta bazarlarında isə dolların ucuzlaşmasına baxmayaraq, BTCUSD məzənnəsi də ucuzlaşır. 

Qeyd etmək lazımdır ki, dollar indeksi üzrə təhlillərə əsasən, düşüş 6 ilin minimumlarına kimi sürətlənə bilər. 

Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Banner
Banner

Digər xəbərlər