İnvestisiya

"İnvest-AZ"ın xalis mənfəəti - 15% AZALIB

"İnvest-AZ"ın xalis mənfəəti - 15% AZALIB | FED.az
11:57 27 Aprel 2020

Azərbaycanda fəaliyyət göstərən investisiya şirkəti “İnvest-AZ” 2019-cu ildə 556 min 436 manat xalis mənfəət əldə edib.

Eləcə də bax: Azərbaycanda Dövlət - İNVESTİSİYA HOLDİNQİ YARADACAQ

FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, şirkətin 2019-cu ildə cəmi gəlirləri 3 milyon 729 min 854 manat (4,6% azlama), cəmi xərcləri 2 milyon 942 min 417 manat (3,9% azalma) olub.

Şirkətin əməliyyat mənfəəti 787 min 437 manat (6,9% azalma) olub. Əməliyyat mənfəətindən məzənnə fərqinə görə 31 min 707 manat zərər edən şirkətin vergidən əvvəlki mənfəəti 755 min 730 manat olub.

Mənfəətdən 199 min 294 manat vergi ödədikdən sonra “İnvest-AZ”-ın xalis mənfəəti 556 min 436 manat olub. Bu göstərici 2018-ci ilin sonu üzrə 654 min 347 manat olub. Şirkətin xalis mənfəəti 15% azalıb.

Qeyd edək ki, 2018-ci ildə şirkətin əməliyyat mənfəəti 846 min 140 olmuşdu. Şirkət məzənnə fərqinə görə 2 min 500 manat zərər ödədikdən sonra vergidən öncəki mənfəəti 848 min 640 olmuşdu. 194 min 293 manat mənfəət vergisindən sonra şirkətin xalis mənfəəti 654 min 347 manat olmuşdu.

2019-cu il üzrə investisiya şirktinin cəmi aktivləri 11 milyon 769 min 857 manat (2,3% artım), cəmi öhdəlikləri 8 milyon 958 min 446 manat (3,1% azalma), cəmi kapitalı 2 milyon 811 min 411 manat (24,7% artım) olub.

Xatırladaq ki, “İnvest-AZ”-ın 2018-ci ildə cəmi aktivləri 11 milyon 502 min 968 manat, cəmi öhdəlikləri 9 milyon 247 min 993 manat, cəmi kapitalı 2 milyon 254 min 975 manat olub.

 

Digər xəbərlər