İnvestisiya

İnvestisiya şirkətləri kapital tələbini pozmağa görə - CƏZALANMAYACAQ

İnvestisiya şirkətləri kapital tələbini  pozmağa görə - CƏZALANMAYACAQ | FED.az
12:50 25 Aprel 2020

İnvestisiya şirkətlərinin kapital tələblərinin pozulması müşahidə edildikdə təsir tədbirlərinin görülməsi gələn ilədək uzadılır.

Eləcə də bax: Səhm və istiqraz və repo əməliyyatları üzrə - TARİFLƏR TUTULMAYACAQ

FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında deyilir.

Eləcə də bax: Təcili: Azərbaycanda bank kreditlərinə - GÜZƏŞTLƏR BAŞLAYIR - RƏSMİ AÇIQLAMA

Bildirilir ki, Mərkəzi Bank tərəfindən koronavirus pandemiyasının kapital bazarı iştirakçılarına yaranmış vəziyyətin mənfi təsirinin azaldılması istiqamətində tədbirlərin həyata keçrilməsi nəzərdə tutulur.

Bu məqsədlə investisiya şirkətlərinin kapital tələblərinin pozulması müşahidə edildikdə təsir tədbirlərinin görülməsi 2021-ci il yanvarın 1-dək, investisiya şirkətləri və fond birjası tərəfindən illik audit hesabatların açıqlanması isə bu il sentyabrın 30-dək uzadılacaq. Bununla yanaşı, qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən hesabatların açıqlanması da 1 ay müddətinə uzadılıb.

Digər xəbərlər