Banner

İnvestisiya

İnvestorlar bu gün ABŞ-da dərc ediləcək önəmli göstəricilərə - Köklənib

İnvestorlar bu gün ABŞ-da dərc ediləcək önəmli göstəricilərə - Köklənib | FED.az
10:19 2 Aprel 2021

Amerikada hökümətin yeni fiskal siyasəti fonunda özəl sektorda artan narahatlıq özünü istiqrazlara olan tələbin artmasında göstərməklə yanaşı, foreks bazarlarında dolların da korreksiyasına səbəb olub. Müvafiq olaraq EUR/USD məzənnəsində 1.18, GBP/USD valyuta cütlüyünün qiymətində isə 1.39$-a kimi bahalaşma müşahidə edilir. Lakin təhlillərə əsasən, avro 1.19$, funt sterlinq isə 1.39$-ın altında qaldıqca cari tendensiya korrektiv qiymətləndirilir. 

Bu gün qərb dünyasında müqəddəs cümə gününün qeyd edilməsi münasibətilə beynəlxalq birjalar bağlı olsa da, investorlar Bakı vaxtı ilə saat 16:30-da ABŞ-dan əmək bazarına dair dərc ediləcək önəmli fundamental göstəricilərə köklənib. İqtisadçıların proqnozu isə sektorda yaxşılaşma istiqamətindədir və bu, son günün ticarətində qiymətlərdə artıq nəzərə alınıb. Eyni zamanda, göstəricilər proqnozu üstələyərsə, dollarda bahalaşma gələcək günlərdə daha da sürətlənə bilər. 

Əlvan metallar bazarlarında qızılın qiymətində də bahalaşma başlayıb və 1800$-a kimi davam edəcəyi ehtimal edilir. Kriptovalyuta birjalarında bitkoinin qiyməti isə həftənin maksimumunu yeniləyib və son bir ayın qiymət dəhlizinin yuxarı sərhədinin 65000$ ilə genişləndirilməsi proqnozlaşdırılır. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Banner
Banner

Digər xəbərlər